“Aydan mənim cangüdənimdir”

“Aydan mənim cangüdənimdir”
2954 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva bütün səfərlərə qızı ilə gedir.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında ona evdən tək çıxmağa icazə verilmədiyini bildirib:

“Mən nəyisə kimə görəsə eləməyən insanam. Hindistanda hind rəqsi ilə tanınmadım. Onların mədəniyyəti ilə çıxış etmədim. Mən Azərbaycanı öz mədəniyyəti ilə tanıtdım. Əsl Azərbaycan xanımı kimi çıxış etdim. Mənim nə qolum, nə ayağım açıq idi. Milli libasda, alnıaçıq qalib gəldim. Qızım Aydan mənimlə getmişdi. O, mənim cangüdənimdir. Məni evdən onsuz buraxmırlar”.