“Sevgilimin istəmədiyi paltarı geyinmərəm”

“Sevgilimin istəmədiyi paltarı geyinmərəm”
2191 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aparıcı Burcu Əsmərsoy reklam siması seçildiyi “Etstur”un otellərin birində təşkil etdiyi ziyafət gecəsində jurnalistlərin suallarını cavablandırıb.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, serbiyalı modelyer İvana Sərtlə sevgilisi, iş adamı Sinan Akımanın bir-birlərindən dekolteli geyimlər səbəbindən ayrılmaları ilə bağlı B.Əsmərsoy bunları deyib:
 
“Mən sevgilimin geyimlərimə qarışmasına icazə verərəm. Əgər hər hansı libasımdan narahat olarsa və ya ətrafındakılardan kimsə mənim geyimimlə bağlı ona nəsə söyləyərsə, sevgilimin dediyini edərəm. Bunlar münasibəti korlayan məsələlərdir. Onun istəmədiyi paltarı geyinmərəm”.

Qeyd edək ki, Burcu Əsmərsoy iş adamı Başar Savurla birlikdədir.