Məşhur rejissor öldü

Məşhur rejissor öldü
804 dəfə oxunub
  • A-
  • A
  • A+

“Oskar”, “Emmi” və “Qremmi” mükafatlarının sahibi, 83 yaşlı tanınmış amerikalı rejissor Mayk Nikols Manhettendə infarktdan dünyasını dəyişib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, rejissorun ölümü  barədə “ABC News”un prezidenti xəbər verib. M.Nikols Elizabet Teylor və Riçard Bartonun çəkildiyi məşhur “Virciniya Vulfdan kim qorxur?” filminin rejissorudur.

O, “Məzun” filminə görə “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. Dastin Hoffman məhz bu filmə görə populyar olub.