“Heç kim mənim qədər pul xərcləmir”

“Heç kim mənim qədər pul xərcləmir”
2262 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Manaf Ağayev toylarının sayının çox olması ilə bağlı söz-söhbətlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan ifaçı çox pul qazanması ilə əlaqədar suallara cavab verib:

“Qazanıramsa, xərcləyirəm də. Heç kim mənim kimi pul xərcləyə bilməz. Mənim qədər xərcləmək üçün yüz il toya gedib, pul qazanmalıdırlar. Dost, qardaş, bacı üçün hər şey edirəm. Onlara ev, maşın almışam, ciblərinə pul qoymuşam”.