Dəniz Səkinin keçmiş sevgilisi 10 mühafizəçi ilə gəzir – foto

Dəniz Səkinin keçmiş sevgilisi 10 mühafizəçi ilə gəzir – foto
2069 dəfə oxunub
  • A-
  • A
  • A+

Narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilmiş və maydan bəri aparılan axtarışlardan sonra ötən həftə tutulan türkiyəli müğənni Dəniz Səkinin keçmiş sevgilisi, klarnetçi Hüsnü Şənləndirici ötən gün gecə klublarından birindən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, musiqiçinin Taksimdə getdiyi məkandan 10 nəfər mühafizəçinin müşayiəti ilə çıxması diqqət çəkib. Jurnalistlərin suallarını cavablandırmayan H.Şənləndiricinin əhvalının pis olması gözlərdən yayınmayıb.

Qeyd edək ki, Dəniz Səki və Hüsnü Şənləndirici 2006-2009-cu illərdə münasibətdə olublar.