Hersoginyanın sərvətindən həyat yoldaşına heç nə çatmayacaq

Hersoginyanın sərvətindən həyat yoldaşına heç nə çatmayacaq
1500 dəfə oxunub
  • A-
  • A
  • A+

Pnevmaniyadan əziyyət çəkən və ötən gün dünyasını dəyişən ispan aristokratiyasının ən varlı nümayəndəsi, hersoginya Albanın (Mariya Rosario Kaetana) mirasını necə bölüşdürməsi, artıq Qərb mətbuatının əsas mövzusuna çevrilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildə imzalanmış evlilik sözləşməsinə əsasən, hersoginyanın var-dövlətindən həyat yoldaşı Alfonso Diesə heç nə çatmayacaq. Albaya məxsus 3 milyard avroluq sərvət onun vəsiyyətinə görə, övladları və nəvələri arasında bölüşdürüləcək. Belə ki, hersoginyanın 6 uşağının hər biri Madriddə saray sahibi olacaq. Deyilənə görə, 64 yaşlı A.Dies pulla bağlı söhbətləri eşitmək istəmədiyini söyləyib. 

Qeyd edək ki, 88 yaşlı Alba və Alfonso hersoginyanın övladlarının etirazına baxmayaraq, 2011-ci ildə ailə qurublar.