“Ağıllı kişi məni qısqandırmaz” – Samirə

“Ağıllı kişi məni qısqandırmaz” – Samirə
6528 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Samirə Mustafayeva həyat yoldaşı Vaqif Aydınoğlundan, ailə münasibətlərindən danışıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı qadağaları, qısqanclığı sevmədiyini deyib:

“Televiziyada çərçivələr daxilində hər şeydən danışmaq olar. İnsan ilk növbədə özünə qadağa qoymağı bacarmalıdır. Kənardakı sənə qadağa qoyanda azadlığını əlindən almış olur. Ailəmizdə kəskin qadağalar olmur. Özüm bilirəm ki, hara getmək, nəyi etmək olar. Biz Vaqiflə yetkin yaşda, cəmiyyətdə formalaşandan sonra ailə qurmuşuq. Hər birimiz ətraf üçün ictimailəşmiş insanlarıq. İnstaqramda hərdən yazırlar: Siz nə qədər gəzirsiniz, evdə oturmursunuz? Onları blok edirəm. Bilmirəm paxıllıqdandır, yoxsa qibtə hissidir... Onlar bilməlidirlər ki, onun izlədiyi qadın tam evdar xanım deyil. Mən həftədə bir neçə dəfə gəzintiyə çıxıram, onu da irad tuturlar. Vaqifin də mənə qadağası olur. İlk növbədə mütləq səbəbini soruşuram: niyə, nə üçün? Elə bir foto olub ki, rəfiqəmin xətrinə sosial şəbəkəyə yerləşdirmişəm. Yoldaşım “çıxar” deyəndə, artıq sorğu-sual etməmişəm. Başa düşmüşəm ki, bu, yaxşı deyil”.

S.Mustafayeva həyat yoldaşının qısqanclığından da söz açıb:

“Aramızda şiddətli qısqanclıq yoxdur. Düşünürəm ki, on ildən artıq olan tanışlıq üçün qısqanclıq yersizdir. Təbii ki, hərdən qısqanırıq. Məndə elə də çox olmur. Çünki özümə qəribə bir əminliyim var. Ağıllı kişi məni qısqandırmaz. Məni görən və dərk edən kişi ona səbəb yaratmaz. Hərdən Vaqifdə qısqanclıq olur. Sevmirəm...”.