"Onların ağzına sillə vurmaq lazımdır"

"Onların ağzına sillə vurmaq lazımdır"
2487 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, İlhamə Quliyeva yeni layihə təqdim edəcək.

Axşam.az "atv xəbər"ə istinadən məlumat verir ki, xalq artisti yeni layihənin reallaşacağına az qaldığını söyləyib.
 
Tezliklə Moskvada klip çəkdirən ifaçı həmin mahnının, klipin partlayışa səbəb olacağını bildirib: “Hələ demirəm. Komandam çox güclüdür, kömək edirlər. Hər zaman eksklüzivlər mənə məxsusdur. Az qalıb. Möhtəşəm bir layihə olacaq”.
 
Müğənni son zamanlar şou-biznesdə baş verən qalmaqallardan da danışıb:

“Şou-biznesdə olanları müşahidə edirəm. Şou-biznesdə çaşanlar var. Demişəm özlərini yığışdırsınlar. Bizdə nə şou-biznes var ki? Qalmaqaldan, ona-buna şər, böhtan atmaqdan başqa şey yoxdur. Özlərini əndrəbadi görkəmə salırlar ki, gündəmə gəlsinlər. Çirkin əməllərlə məşğul olmasınlar. Mən sənət həyatı yaşamışam. Bundan sonra yol gənclərindir. Ancaq hörmət qazansınlar. Mən statuslu sənətkaram. Heç kəs mənə qarşı çaşmasın, çaşanı aşırdıram. Efirdən sənətkarlara söz atırlar. Onların ağzına sillə vurmaq lazımdır. Sənətkar yaşa dolur deyirlər ki, yaşa dolub gedib, evdə otursunlar. Kimin buna ixtiyarı var axı? Ya deyirlər ki, bir ayağı evdə, bir ayağı gorda. Atasının anasının ayağı gorda olsun, özü də baş daşı olsun. Mən bir sözü deyirəmsə, sübutlarım var”.