MTRŞ sədri müğənnilərin qarşılıqlı təhqirlərindən danışdı

MTRŞ sədri müğənnilərin qarşılıqlı təhqirlərindən danışdı
1206 dəfə oxunub
  • A-
  • A
  • A+
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli son zamanlar telekanallarda müğənnilər tərəfindən səslənən qarşılıqlı təhqirlərə münasibət bildirib.

Axşam.az "Lent.az"a istinadən xəbər veri ki, şura sədrinin açıqlamasına görə, hüquqi baxımdan MTRŞ bu cür verilişlərin əleyhinədir:

 “Biz çox istərdik ki, kommersiya xarakterli olub-olmamasından asılı olmayaraq, Azərbaycanda bütün televiziya kanalları yüksək keyfiyyətli, milli-mənəvi dəyərlərə uyğun verilişlər versinlər. Şura telekanalların yaradıcılıq işlərinə qarışa bilmir. Biz bu cür verilişlərin əleyhinəyik. Kommersiya kanalları daha çox gəlir əldə etməyə çalışırlar. Biz insanlara seçim hüququ vermişik. Bu tip verilişlərə baxmasınlar, intellektual, mədəni verilişlərə baxsınlar. Özəl kanallar öz fəaliyyətlərini “Teleradio yayımı haqqında” qanuna uyğun qururlar, qanunda da telekanalların fəaliyyəti üçün hər hansı məhdudiyyət yoxdur. Lakin qanun pozuntusu olanda telekanallardan soruşmuruq, birbaşa öz işimizi görürük”.