Prezident qızının adı daha bir rüşvət qalmaqalında

Prezident qızının adı daha bir rüşvət qalmaqalında
2867 dəfə oxunub
  • A-
  • A
  • A+

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın adı daha bir rüşvət qalmaqalında hallanır.

Axşam.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  Norveçin dövlətlə şərikliyi olan “Telenor" telekommunikasiya şirkətinin məxsus olduğu “Vimpelkom”un Özbəkistan bazarına girmək üçün G.Kərimovaya 92 milyon dollar rüşvət verdiyi iddia edilib.

Şirkətin 7 işçisi məsələ ilə bağlı dindirilib. Hadisədə adı hallanan "Vimpelkom" və "Telenor"un sahibləri rüşvət iddialarını inkar ediblər.

Xatırladaq ki, bu, ölkəsində müğənni, dizayner və diplomat kimi tanınan G.Kərimovanın birinci rüşvət qalmaqalı deyil. Özbəkistanın paytaxtı Daşkənddə 9 aydır ev dustaqlığı yaşayan Kərimova buna qədər İsveç telekommunikasiya şirkəti "TeliaSonera"ya lisenziya vermək üçün 300 milyon dollar rüşvət almaqda ittiham edilib.