“Kim deyirsə ki, Habil Əliyev xəstələnib, onun özü xəstələnsin"

“Kim deyirsə ki, Habil Əliyev xəstələnib, onun özü xəstələnsin"
1405 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Habil Əliyev ağır xəstələnməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az  "aznews.az"a istinadən xəbər verir ki, kamança ustası onun Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində iştirak etməsi və orada xəstələnməsi haqda yayılan məlumatların heç bir əsasının olmadığını bildirib:

“Kim deyirsə ki, Habil Əliyev Xoşqədəm xanımın verilişində xəstələnib, onun özü xəstələnsin. Düzdür, mən həmin verilişə dəvət almışam, ancaq xəstə olduğum üçün ora getməmişəm. Ancaq hazırda xəstə deyiləm. Kim istəsə, 4 saat müsahibə verə bilərəm”.

H.Əliyev, onun sağlamlığından narahatçılıq keçirən dostlarına razılıq etməyi də unutmayıb:

“Uzun zamandır ki, mən evdən kənara çıxmıram. Yəni, hava soyuqdur, bu üzdən çıxa bilmirəm. Həmkarlarımdan kim sağdırsa, yeriyə bilənləri gəlib-gedir. Günüm televizora baxmaqla keçir. Əsasən əsgərlərdən, ordudan bəhs edən verilişlərə baxıram. Nəvələrim böyüyür, sabah onlar da ordumuza yarıyan əsgərlər olacaq”.