Dünyanın ən bahalı avtobusu - fotolar

Dünyanın ən bahalı avtobusu - fotolar
2843 dəfə oxunub
  • A-
  • A
  • A+
13 milyon yevro dəyərində olan avtoqurğu “super avtobus” (“superbus”) adlanır.

Axşam.az dünya mətbuatına istinadən xəbər verir ki, ideya müəllifi holland kosmonavtı Vubbo Okkels olan bu avtobus Birləşmiş Ərəb Əmirliklərinin şeyxləri üçün icad edilib.

23 VIP kreslosu, 16 qapısı və dəri salonu olan “superbus”ın ümumi uzunluğu 15 metrdir. Bundan başqa içərisində mini-bar və internet imkanları da təşkil olunub. Hətta avtobusun xüsusi mavi pəncərələri sərnişinləri insan sağlamlığına zərərli olan ultrabənövşəyi şualardan qoruyacaq. Avtobus üçün paytaxt Əbu-Dabidən Dubaya kimi xüsusi örtüklü tras çəkilib.

Xatırladaq ki, sözügedən avtobus ilk dəfə 2010-cu ildə ictimaiyyətə göstərilmişdi və elə dərhal BƏƏ şeyxləri tərəfindən də alınmışdı. Bu dəfəki təqdimat istə 2015-ci ilə planlaşdırılıb.

Onu da qeyd edək ki, V.Okkels “Delft” universitetinin əməkdaşları ilə birlikdə bu layihə üzərində 3 il işləyib.