Mahnısının remiksini yazana 10 min dollar verəcək - video+fotolar
Dünya
12:43 / 22.11.14
857dəfə oxunub
A-
A
A+
Tanınmış amerikalı müğənni Aziliya Benks “Chasing Time” (“Vaxtı izləmək”) mahnısının ən yaxşı remiks variantını hazırlayana 10 min dollar verəcək.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Aziliya remiks müəlliflərinin işləri ilə Soundcloud.com saytında tanış olacaq və onların arasından seçim edəcək.
A.Benks öz “Twitter” səhifəsində elan verib ki, konkurs dekabrın 15-dək davam edəcək. Qalibin adı isə Yeni ildə açıqlanacaq.