"Məni parodiya etməsin, depressiyaya düşürəm"

"Məni parodiya etməsin, depressiyaya düşürəm"
2287 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Könül Kərimova həmkarı Xatun Əliyevanın onu parodiya etməsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Star life” verilişinə açıqlamasında bu cür hərəkətləri sevmədiyini deyib:

“Bir dəfə demişəm, etməsin. Bilir ki, inciyirəm. Həqiqətən, depressiyaya düşürəm, pis hisslərə qapılıram. Heç sevmirəm. Parodiyaya baxmaq belə istəmirəm, xoşum gəlmir. Səsimə qarşı kompleksim var, heç öz verilişimə də baxmıram”.

Xatırladaq ki, Xatun Əliyeva bir çox yerli məşhuru, o cümlədən Könül Kərimovanı parodiya edə bildiyini, lakin onların buna görə incidiyini açıqlamışdı.