Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
1630 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava arabir yağıntılı olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-7, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.