"Ərdoğanın heyranıyam"

"Ərdoğanın heyranıyam"
1587 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış türkiyəli modelyer Nur Yerlitaş bir müddət əvvəl ölkənin hakim partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğanın keçirdiyi mitinqə getdiyi üçün iyrənc hərəkətlərlə qarşılaşdığını deyib.

Lent.az-ın Türkiyənin "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, modelyer mitinqdən sonra bəzi insanların ona qarşı aqressiv hərəkət etdiklərini bildirib:

"Birincisi mən Ərdoğanın bir lider kimi heyranıyam. Onun liderlik xüsusiyyətlərinə vurğunam. Həm də gözəl ailə başçısıdır. Bu səbəbdən mən də mitinqə gedib onu dəstəklədim. Heyif ki, yolda mitinqə getdiyim üçün üzümə tüpürənlər də oldu".

N.Yerlitaş əlavə edib ki, mitinq olsa, yenə gedib Ərdoğanı dəstəkləyər:

"Əgər mənə ehtiyacları olsa, gedib növbə də tutaram. Amma qarşı tərəfə də hörmətsizlik etmərəm. Məsələn, mən "Fənərbaxça" azarkeşiyəm, amma heç vaxt "Qalatasaray"a lənət oxumaram".