“Röya ilə məktəb illərindən bir yerdəyik”

“Röya ilə məktəb illərindən bir yerdəyik”
3934 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xəyyam Nisanov duet ortağı, həmkarı Röya Ayxanla münasibətlərindən söz açıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar” verilişində “Sənə ehtiyacım var” klipinə niyə təqdimat etmədiklərinin səbəbini açıqlayıb: 

“Hamı təqdimat keçirir, yeni işini ortaya çıxarır. Biz isə duet üçün çəkdiyimiz klipə təqdimat etmədik. Mənə elə gəlir ki, “Youtube” özü elə təqdimatdır. Klipi ora yerləşdirdik, bir günün içində 40 minə yaxın izlədilər. Əslində bu işbirliyi çoxdan olmalı idi. Amma Röya elə bir insandır ki, seçir, axtarır və ya işi çox olur. Biz burada bir-birimizə dostluq ehtiyacını ifadə etdik. Real həyatda da biz uşaqlıqdan dostuq. Röya ilə məktəb illərindən bir yerdəyik. Onda o heç oxumurdu, mən isə bu sənətə yeni başlayırdım”.