10 illik prodüserindən ayrıldı

10 illik prodüserindən ayrıldı
1956 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu 10 il birgə işlədiyi prodüseri Ataş Hüseynlə yollarını ayrılıb.

Axşam.az xəbər verir ki, bu barədə Lent.az-a prodüserin özü məlumat verib. O bildirib ki, işləri çox olduğu üçün N.Qaraçuxurlu ilə çalışa bilmir:

“Artıq 10 ilə yaxın işlədiyim Namiqlə çalışmıram. Bir çox şou nümayəndəsindən fərqli olaraq, biz dost kimi, qarşılıqlı anlaşma ilə ayrıldıq.  Bu ayrılığı mən istədim. Çünki ATV telekanalında “Bakı vaxtı ilə” verilişinin yaradıcı heyətində işləyirəm. Televiziya sahəsi mənim üçün yeni deyil. İllər öncə də bu sahədə çalışmışam. Həm televiziyada, həm də Namiqlə birgə işləmək alınmadığına görə, öz dostumu onun yanında köməkçi məsləhət gördüm. Hazırda dostumla işləyir”.
 
Prodüser onu da əlavə edib ki, gələcəkdə yenidən N.Qaraçuxurlu ilə çalışa bilər:

“Onu da deyim ki, Namiqlə ayrılsaq da, gələcəkdə hansısa layihə üçün bir araya gələ bilərik. Namiqin bu günə qədər qazandığı uğurlarda çox şübhəsiz ki, mənim də imzam var. Düşünürəm ki, bu gündən sonra da onun işləri yaxşı olacaq”.