Səməd Səmədova "kaftar" dedi - foto

Səməd Səmədova "kaftar" dedi - foto
4280 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bambılılıq etməklə, o, heçnə əldə etməyəcək. Mən sübut edəcəm ki, kim qocalıb”

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Rzayeva yenicə ayrıldığı duet ortağı, xalq artisti Səməd Səmədov barəsində deyib. S.Rzayeva S.Səmədovun prodüseri Rövşən Cəfərovun mobil nömrəsinə sms yazaraq bildirib ki, S.Səmədov ona hər ay 1000 manat verməlidir:

“Rövşən, sən dünən mənə o kaftarın dediyini dedin, mən də cavab verdim. Amma sonra fikirləşdim ki, bir halda ki, o mənə bir toydan 100 manat vermək istəyir, amma o, mənə indi hər ay 1000 manat göndərməli olacaq. Çünki onunla işlədiyim illərdə sağlamlığıma, yaradıcılığıma böyük ziyan vurdu. Mənim üçün fərqi yoxdur, onun ayda 10, ya da 15 toyu var. Mənim 1000 manatımı hər ay göndərsin. Yoxsa mən onu və bu işdə əli olan insanları lənətləyəcəm. O, ömrünün axrına qədər əzab çəkəcək. Xahiş edirəm ki, mənim yazdıqlarımı ona çatdır. Mən onun üçün əl oyuncağı deyiləm. Mənə kim ziyan vursa, xeyir tapmır. Gecə-gündüz əlim göydə olacaq".