Aytən Səfərova NİİM-nin əməkdaşını utandırdı - video

Aytən Səfərova NİİM-nin əməkdaşını utandırdı - video
3576 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-in aparıcısı Aytən Səfərova “Salam, Azərbaycan” verilişində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin əməkdaşı Pərvin Mətləbqızını utandırıb.

Axşam.az-ın Media Təqib Mərkəzinə istinadən məlumatına görə, P.Mətləbqızının “Həftəsonunu yaxşı keçirdik” sözlərindən sonra A.Səfərova ona şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb.

A.Səfərova qarşı tərəfə “Soruşmaq ayıb olmasın, siz şənbə-bazar nə etmisiniz ki, belə enerjilisiniz” sualına qarşı tərəfin cavabı belə olub:

“Uşaqlarla keçirilən vaxt hər zaman insana pozitiv enerji verir. İstədiyim qədər balaca ilə məşğul olduğum üçün həftəyə pozitiv başlamışam”.

Aparıcı yenidən P.Mətləbqızına “Siz anasınız? Oğlandır, qız? Neçə yaşı var? Bəs ardı yoxdur” suallarını ünvanlayıb.

P.Mətləbqızı isə bir oğul övladı olduğunu deyib.