“Arzu etmirəm ki, qızım 40 yaşında ərə getsin” – xalq artisti

“Arzu etmirəm ki, qızım 40 yaşında ərə getsin” – xalq artisti
4146 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Fatma Mahmudova qızı, aktrisa Nigarın uğurlu karyeradan sonra ailə qurmasını istəyir.

Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinə qonaq olan aktrisa qızının gec ərə getməsinin də tərəfdarı deyil:

“Arzu etmirəm ki, qızım 40 yaşında ərə getsin. Bunu heç bir anaya arzulamıram. Nigar da bir az karyera qurub, qazanc əldə etsin, sonra ərə getsin. Bir də gördün ailə qurdu, alınmadı. Mən o tərəfini də düşünürəm. Özüm kasıb ailədə böyümüşəm. Ailə qurdum, alınmadı, övladlarımı işləyib böyütdüm”.

F.Mahmudova nə cür kürəkən arzuladığını da deyib:

“Kasıblıq eyib deyil. Əsas odur insan olsun, ailəsini sevsin, ömür-gün yoldaşına qayğı göstərsin. Öz valideyninə hörmət etsin. Əgər öz ata-anasına hörmət qoyan biridirsə, ailəsinin də dəyərini biləcək”.