Beren Saat ana olacaq - filmdə

Beren Saat ana olacaq - filmdə
3478 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 29-da müğənni Kənan Doğulu ilə ailə quran aktrisa Beren Saat ana olacaq.

Axşam.az-ın “Günaydın”a istinadən məlumatına görə, bütün bunlar aktrisanın yeni çəkiləcəyi “9oN” filmində baş verəcək. O, ekran işində hamilə qadın obrazını canlandıracaq.

Gələn ilədək efirlərdən uzaq qalmağı planlaşdıran B.Saatın bu qərarını ona məhz belə bir rol təklifinin gəlməsi dəyişdirib. Ssenarini sevə-sevə qəbul edən Beren ekran işində ana olmağa hazırlaşan 8 qadından birini - Əminə rolunu oynayacaq.

Qeyd edək ki, Kamal Yılmazın rejissorluğu yeni filmin çəkilişlərinə dekabrda başlanacaq.