İntihara görə Qız Qalasındakı şou təxirə salındı

İntihara görə Qız Qalasındakı şou təxirə salındı
3580 dəfə oxunub
  • A-
  • A
  • A+
Qız Qalasında bu axşam saat 20:00-da keçirilməsi planlaşdırılan “200 gün qaldı” tədbiri təxirə salınıb və noyabrın 26-da baş tutacaq.

Axşam.az xəbər verir ki, bu barədə Modern.az saytına  Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib. Komitə ilk Avropa Oyunlarının açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək, İçərişəhər işıqlandırılacaq və diqqətçəkən nümayiş baş tutacaq.
 
Sözügedən məqamı qeyd etmək məqsədilə Bakı 2015-in təsviri əfsanəvi Qız Qalası memarlıq abidəsinin üzərində möhtəşəm şəkildə nümayiş olunacaq.
 
Qeyd edək ki, şounun təxirə salınmasının səbəbi bu gün günorta saatlarında bir nəfərin Qız Qalasından özünü ataraq həyatına son qoyması olub.