Şervin Nəcəfpurun Bakıda ilk moda gecəsi baş tutdu – fotolar

Şervin Nəcəfpurun Bakıda ilk moda gecəsi baş tutdu – fotolar
1346 dəfə oxunub
  • A-
  • A
  • A+

Norveçdə yaşayan cənubi azərbaycanlı modelyer Şervin Nəcəfpurun Bakıdakı "Atropatena Fashion Night" adlı moda nümayişi baş tutub.

Axşam.az-ın məlumatına görə, "Addım Gənclər Təşkilatı"nın təşkilatçılığı ilə keçirilən gecədə modelyerin eksklüziv Bakı dəfiləsi üçün hazırladığı klassik və milli elementlərlə zəngin 30-a yaxın geyimi nümayiş olunub.
 
Geyimləri Lyubov Gutorovanın rəhbərlik etdiyi “FMS” agentliyinin modelləri nümayiş etdirib.

Gecəni giriş sözü ilə "Addım Gənclər Təşkilatı"nın sədri Hüseyn Cavadzadə açıb və gənc modelyerin yaradıcılıq üstünlüklərindən, diasporumuzda məhsuldar fəaliyyətindən və vətənpərvərliyindən danışıb.

Daha sonra Norveç Krallığının Bakıdakı konsulu Şerstin Agneta Valberq çıxış edərək layihə ilə bağlı müsbət fikirlərini bildirib. Şervin Nəcəfpurun "Atropatena" sərgisi 20 dəqiqə ərzində davam edib və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. 

Nümayişin davamında 2014-cü ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova musiqi proqramı ilə çıxış edib. Gecədən təqdim etdiyimiz fotolar gənc fotoqraf Yusif Novruzzadə tərəfindən çəkilib.

Qeyd edək ki, bu, daha əvvəl Avropa ölkələri və Türkiyədə müxtəlif moda dəfilələrində iştirak edən 24 yaşlı Şervin Nəcəfpurun Azərbaycanda ilk moda gecəsi idi.