Tuba “Emmy”dən əliboş qayıtdı - fotolar

Tuba “Emmy”dən əliboş qayıtdı - fotolar
3012 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il 42-ci dəfə keçirilən və ABŞ xaricində yayımlanan televiziya layihələrinə verilən "Emmy" beynəlxalq mükafatına namizədliyi irəli sürülən ilk türk aktrisa Tuba Büyüküstün sosial şəbəkədə mükafatlandırma gecəsindən olan fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, həyat yoldaşı, aktyor Onur Saylakla birlikdə Nyu-Yorkda olan Tuba “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə yarışıb. Lakin o, həmin gecədən əliboş qayıdıb. Aktrisanın rəqibləri Olivie Kolman, Romina Qaetani, Bianka Krijgsman kimi məşhurlar olub. Adıçəkilən nominasiya üzrə qalib isə hollandiyalı Bianka Krijdsman seçilib.

Qeyd edək ki, Tuba Büyüküstünün “Emmy”yə namizədliyi “20 dəqiqə” filmi ilə irəli sürülmüşdü.