Müğənni Şəbnəm Tapdıq “Gündəlik” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi bir vaxtlar sevgi münasibətləri yaşadıqları deyilən həmkarı Sərxan Sərxanla bağlı danışıb.
O, “Sərxan Sərxanla sizi birləşdirmək istəyirik. Münasibətləriniz necədir” suallarına belə cavab verib:
“Təki alınsın... Ünsiyyətimiz var. Hərdən zəngləşirik. İnsanın ruhu bir-birinə yaxın olmalıdır. Sərxanı yaxşı tanıyıram, gözəl müğənnidir. Ancaq sənət adamı kimi danışırq. Ortada sevgi yoxdur. Nəsə olsa, açıq deyərəm. Bilmirəm bu nədir: mən verilişə çıxanda ondan, o, çıxanda məndən danışırlar. Məni bu gün istəyən çoxdur. Amma təkliflərin heç birini qəbul etmirəm. Mən əxlaqdan danışanda başqaları əsəbləşir. Mən namuslu qadınam”.