Xatirə Elnarəyə: “Danışanda sözlərinə fikir vermək lazımdır”

Xatirə Elnarəyə: “Danışanda sözlərinə fikir vermək lazımdır”
2715 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslamla xanəndə Elnarə Abdullayeva arasındakı qalmaqal səngimək bilmir.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan müğənni qarşı tərəfin ona ünvanladığı “Xatirənin xətrinə dəydisə, getsin su içsin” ifadəsinə münasibət bildirib:

“İnciməmişəm... O sözü özümə götürmürəm. Mən ailəliyəm, evim-eşiyim, övladım, valideynlərim var. Atam-anam müəllimdir, bacım həkim, qardaşım ali savadlı insandır. Sənət dostlarıma, yoldaşlarıma görə pis oldum. Bu sənətdə ailə qurmamış qızlarımız, subay oğlanlarımız var. Sənətkarlarımızın balaları var. Bu sənətə belə qiymət verəndə yaxşı səslənmir. İnsanın şəxsiyyətinə sənətə görə qiymət verənlərin belə pis düşünməsini istəmirəm. Hər sahədə pis də var, yaxşı da. Evdar insanlar arasında da pisləri var. O xanım ifadələri deyəndə bir az yuxarılara baxsın. Bizim necə sənətkarlarımız var. Onlara elə demək olmaz. Danışanda sözlərinə fikir vermək lazımdır. İnsanlar o xanımın müsahibəsinə baxıb sənətkarlara qarşı qıcıq olmasınlar”.

Qeyd edək ki, xanəndə Elnarə Abdullayeva verilişlərin birində “Mən müğənni qız almaram, oxuyana da qızımı vermərəm. O qədər şeylər görürəm ki, dəli oluram. İnsan bu qədər xaraktersiz olar? Qadın necə bəzi pis hərəkətlərə yol verə bilər? Mən özüm də bu sənətə gəlməyimə peşmanam”, - deyə açıqlama vermişdi. Xatirə İslam isə xanəndənin bu fikirləri ilə razılaşmadığını və onun sənətçilər haqqında pis fikir formalaşdırdığını söyləmişdi.