Obama: “Onu sevdiyimi əri də, Mişel də bilir” – fotolar

Obama: “Onu sevdiyimi əri də, Mişel də bilir” – fotolar
2848 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Ağ evdə ABŞ prezidenti Barak Obama dünya şöhrətli aktrisa Meril Stripi ali mükafatla – "Prezidentin azadlıq medalı" ilə təltif edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Medalı aktrisanın boynundan asarkən B.Obama ona olan hisslərini gizlədə bilməyib. Prezident Meril Stripi sevdiyini etiraf edib: “Mən açıq şəkildə bildirirəm ki, Meril Stripi sevirəm. Bunu onun əri də, Mişel də bilir”.

Qeyd edək ki, bəstəkar-müğənni Stiv Uander, yazıçı İzabel Alyende və daha 15 laureat da bu mükafata layiq görülüb.

Xatırladaq ki, Prezidentin azadlıq medalı 1945-ci ildə prezident Harri Turmanın qərarı əsasında yaradılıb. Bu medal ABŞ-ın ən ali mükafatlarından biri hesab olunur.