Xalq artisti qızının duetinə münasibət bildirdi

Xalq artisti qızının duetinə münasibət bildirdi
855 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımovanın müğənni Samira Allahverdi ilə duetinə münasibət bildirib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində muğam ifaçısı bunun təqdirəlayiq iş olduğunu vurğulayıb:

“İki xanımın duet oxuması gözəldir. Hələ bu dueti Allah yolunda səsləndirmələri lap yaxşı oldu. Onlar bu duetlə insanların qəlbinə yol tapıblar. Qızıma bununla bağlı heç bir iradım olmadı. Bu cür, Allah yolunda oxunan mahnılarımızın, təki sayı artsın. Davamını görmək istəyərəm. Ümumiyyətlə, mən heç vaxt övladıma qadağa qoymuram. Mənim öz sözüm var, onu deyirəm və övladlarım da başa düşürlər”.

Qeyd edək ki, F.Qasımova və Samira Allahverdi sözləri Sevinc Şirinə, musiqisi Cəmil Məmmədliyə, aranjimanı isə Azad Vəliyevə məxsus “Ya Allah” adlı mahnını duet şəklində səsləndirib.