Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılır

Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılır
1200 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sabah məni xərəkdə xüsusi təyyarəyə mindirib, İsrailə aparacaqlar. Həyat yoldaşım Nüşabə xanım olmadan heç hara gedə bilmərəm. O da yanımda olacaq”. 

Axşam.az xəbər verir ki, bu sözləri Modern.az saytına uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlu bildirib.

Vaqif Səmədoğlu hazırda özünü yaxşı hiss etmədiyini də söyləyib: “Özümü yaxşı hiss etmirəm. Halım heç özümdə deyil...”.

Qeyd edək ki, xalq şairi müalicəsini davamlı olaraq İsraildə və vətənda davam etdirir.