Olimpiya çempionunun sevgilisi transseksualdır – fotolar

Olimpiya çempionunun sevgilisi transseksualdır – fotolar
2997 dəfə oxunub
  • A-
  • A
  • A+
42 yaşlı amerikalı qadın Teylor Lienn Çendler iddia edir ki, üzgüçülük üzrə Olimpiya çempionu, 19 yaşlı məşhur idmançı Maykl Felpsin sevgilisidir.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Teylor, həmçinin özü ilə də bağlı maraqlı etiraf edib. Belə ki, o, Amerika jurnallarından birinə müsahibəsində əvvəl kişi olduğunu, daha sonra isə əməliyyatla qadına çevrildiyini deyib:
 
“Qəlbən hər zaman qadın olmuşam. Doğmalarım məni başa düşmədilər – anam, atam məni hər zaman kişi kimi görmək istədilər. 15 yaşımda cinsiyyətimi dəyişdirdim. İlk vaxtlar mənim üçün çox çətin idi. Amma Mayklla qarşılaşandan sonra keçmişdəki bütün problemlərimi unutdum”.

Bundan başqa, T.L.Çendler sosial şəbəkədə “Mayklla özümü  arzuolunan hiss edirəm. O, məni olduğum kimi qəbul edir. O, möcüzədir” sözlərini yazıb.

Qeyd edək ki, Maykl Felps Teylorun iddialarını nə təsdiq, nə də təkzib edib.