Sevda Əliqızı: “Səmədi ömür boyu bağışlamayacam”

Sevda Əliqızı: “Səmədi ömür boyu bağışlamayacam”
3129 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Əliqızının 15 illik duet ortağı xalq artisti Səməd Səmədovla ayrılması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinə qonaq olan sənətçi xalq artistini ömür boyu bağışlamayacağını deyib:

“Sevinirəm ki, bu insandan ayrıldım. Kədərlənmirəm. Pozitiv insandır, efirlərə çıxanda başqa cür görünür. Amma daxilində fərqlidir. Özünü gözəl təqdim edə bilir, mədəni aparır. Səmədi pisləmərəm, günah olar. Onunla çörək kəsmişik, ailəvi dost olmuşuq. Əgər desəydi ki, ömrümə az qalıb, başqa yenilik etmək istəyirəm, başa düşərdim. Haqqımda “qocalıb” sözünü deməsi şəxsiyyətimə toxundu. Ona kinim ömür boyu davam edəcək, onu bağışlamayacam. Adam var, yaşa dolduqca müdrikləşir. İnsan da var ki, ağlını itirir. Mənə “qocalıb” sözünü prodüseri Rövşən Cəfərov deyib. Bəlkə, Səməd çaşıb deyib, bilməyib. Bəs, Rövşənə nə gəlib bunu mənə təkrarlayır?”.
Efirə telefonla bağlanan R.Cəfərov S.Əliqızının ünvanına sərt sözlər deyib:

“Reklam xətrinə çıxıb orada nəsə demək lazım deyil. Mən o sözü sizə dostcasına söyləmişəm. Sizə ayıb olsun ki, çıxıb canlı yayımda bu cür danışdınız. Sizdən belə hərəkət gözləməzdim. Bunu xalqa başqa formada çatdırmaq ayıbdır”.