"Kanal D" izləyiciləri çaşdırdı

"Kanal D" izləyiciləri çaşdırdı
4742 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türk kanalında bir ilk.

Axşam.az  ANS PRESS-ə istinadən xəbər verir ki, "Kanal D Ana Haber" buraxılışı ötən gün tarixində ilk dəfə olaraq yayımlanmayıb.

İddiaya görə, kanal rəhbərliyi yüksək reytinq naminə uzun müddət gözlənilən "Şərəf məsələsi" serialını xəbərlərin vaxtına keçirmək istəyib. Lakin son anda rəhbərlik bu fikrindən daşınıb və serialın yerinə "'Ben Bilmem Eşim Bilir'' yarışı yayımlanıb.

Hamının təccübünə səbəb olan bu hadisədən sonra "Kanal D"-in xəbər aparıcısı Cüneyt Özdemir "Twitter"də açıqlama verib:

"Bu gecə yoxuq, təşvişə düşməyin".