İstanbul ilk onluqda - foto

İstanbul ilk onluqda - foto
1853 dəfə oxunub
  • A-
  • A
  • A+
Feysbuk istifadəçiləri ən çox bəyəndikləri şəhərləri seçiblər.
 
Axşam.az Axar.az-a istinadən xəbər verir ki, aktiv istifadəçi sayı 1.32 milyarddan çox olan Feysbuk istifadəçilərinin ən çox sevdikləri 50 şəhər arasında İstanbul da var.
 
Şəhərlərin “like” sayı ilə yarışdıqları siyahıda birinci yerdə 15 milyon bəyənmə ilə ABŞ-ın Nyu York şəhəri gəlir. Fransanın paytaxtı Paris ikinci, İngiltərənin paytaxtı Londonun isə üçüncü olduğu ən çox bəyənilən şəhərlər arasında İstanbul yeddinci yerdə qərarlaşıb.
 
Siyahıdakı maraqlı detallardan biri isə İranın paytaxtı Tehranın İtaliya paytaxtı Romadan daha çox “like” edilməsi olub. Tehran siyahıda 32-ci, Roma isə 35-ci olub. Sonuncu yerdə isə 687 min “like”la Almaniyanın paytaxtı Berlindir.
 
İlk onluq:
 
1. Nyu York – 15.363.714
2. Paris – 9.144.939
3. London – 8.546.175
4. Los Anceles – 7.176.469
5. San Paulo – 4.915.960
6. Las Veqas – 3.286.174
7. İstanbul – 3.221.451
8. Rio de Janeyro – 2.913.718
9. Barselona – 2.614.534
10.  Atlanta – 2.342.999