Ana böyrəyini altı yaşlı oğluna bağışladı - Azərbaycanda

Ana böyrəyini altı yaşlı oğluna bağışladı - Azərbaycanda
2820 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaşı 6, çəkisi 8 kiloqram olan uşağa böyrək köçürülüb.

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kaziminin verdiyi məlumata görə, altı yaşlı 8 kiloqramlıq xəstə Sadiq Abdulxaliqov uzun müddət xroniki böyrək çatışmazlığından və inkişaf geriliyindən əziyyət çəkib. Xəstə bir neçə dəfə xarici ölkələrdə müayinə olunub. M.Kazıminin dediyinə görə, Mərkəzi Neftçilər xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyasi şöbəsinə müraciət etdikdən sonra azyaşlıya böyrək köçürülməsi məsləhət görülüb:

“Şöbənin həkimləri tərəfindən konsiliumdan və uyğunluq analizlərindən sonra xəstəyə anasından böyrək köçürülməsi qərara alınıb. Bu əməliyyatda standart böyrək köçürülməsi proseduru icra edilmədi. Uşaq inkişafdan çox geri qaldığı üçün xəstənin anasından alınan böyrəyin ölçüləri və eyni zamanda iki kiçik mənfəzli arteriya damarı mövcud idi. Buna görə də anasının böyrəyi Sadiqin qarın boşluğuna yerləşdirildi. Kiçik damarlar isə mikrocərrahiyyə ilə tikildi. Əməliyyat uğurla başa şatdı. Bu çəkidə nadir icra olunan böyrək transplantasiyası əməliyyatı Respublikamızda ilk dəfə idi ki, həyata keçirildi”.

Donor əməliyyatıni icra edən həkim cərrah Eldar Əhmədov qeyd etdi ki, bu əməliyyatı, yəni orqanın alınması hazırda dünyanin inkşaf etmiş mərkəzlərində olduğu kimi laparoskopik, yəni qapalı üsulla həyata keçirildi. Bu üsul əməliyyatdan sonraki müddətdə donorda ağrıların olmamasına, yaranın kiçik və estetik olmasına, eləcə də 2-3 günə donorun xəstəxanadan çıxıb evinə qayıtmasına zəmin yaradacaq.

Nefroloq-həkim tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov bu tip, yəni inkişafdan geri qalan və çəkisi çox az olan xəstələrin əməliyyatdan sonraki periodlarının spesifikliyinə diqqət çəkdi. O, qeyd etdi ki, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə orqanın rədd olunmaması ilə mübarizədən əlavə inkişafdan geri qalan orqanizmi də bərpa etmək lazımdır:

“Bu çox mürəkkəb və peşəkarlıq istəyən məqamdır. Bir yandan immunsupressiv dərmanların dozasını, digər tərəfdən isə orqanizmin sürətlə inkişafını bərpa etməlisiniz. Yəni metobolizma və dieta ilə də ciddi məşğul olmaq lazım olacaq. Sevinirik ki, bizim körpəyə də faydamız dəydi, onu da əməliyyat edib həyata qaytara bildik”.

Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi onu da qeyd etdi ki, aparılan bu əməliyyat təmənnasız olaraq icra edilib.