"Eşq təsadüfləri sevir" filminə baxış keçirildi - fotolar

"Eşq təsadüfləri sevir" filminə baxış keçirildi -  fotolar
1240 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə Mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində “Eşq təsadüfləri sevir" filmi nümayiş olunub.

Axşam.az-ın məlumatına görə, nümayişdən əvvəl çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya baş müdirliyinin idarə rəhbəri Mustafa Yavuzkanat iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın vacibliyindən söz açıblar.

Qeyd edək ki, “Eşq təsadüfləri sevir" filminin ssenaristi Nuran Evrən Şit, rejissoru isə Ömər Faruk Sorakdır.

Ekran işində iki gəncin sevgi dolu həyatından bəhs edilir.

Baş rollarda Məhmət Günsür, Bəlçim Bilgin, Yigit Özşenər, Altan Ərkəkli, Ayda Aksəl, Hüseyn Avni Danyal və başqaları çəkiliblər.

Türkiyə Mədəniyyət günləri noyabrın 27-dək davam edəcək.