“Kənan məni ailəyə bağladı, sənətdən uzaqlaşdırdı” - Aygün

“Kənan məni ailəyə bağladı, sənətdən uzaqlaşdırdı” - Aygün
4938 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənan M.M-in onu sənətdən uzaqlaşdırdığını söyləyib.

Axşam.az-ın məlumatına görə, “Hələ bu harasıdır” verilişinə qonaq olan sənətçi həyat yoldaşı ilə bağlı açıqlamalar verib:

“Ailə həyatı qurdum. Kənan elə düşündü ki, sənətə həddindən artıq bağlana bilərəm. Olur da, insan elə fikirləşir ki, qadın ailədən çox sənətə üstünlük verər. Ona görə də, məni ailəyə bağladı, sənətdən uzaqlaşdırdı. Ailə qurmaq, eyni zamanda da sənətlə məşğul olmaq gözəldir. Əvvəl daha çətin idi. Amma indi uşaqlar böyüyüb, mənim üçün daha da asanlaşıb. “O səs Türkiyə” müsabiqəsinə qatılanda buradakı sənət dostlarım mənə mesaj yazırdılar ki, Aygün, toy qiymətin artacaq, indi yarım saat üçün sənə 5 min manat verəcəklər. Amma mən müsabiqədən sonra bunlara əhəmiyyət vermədim, ailə qurdum”.