Məşhur rejissor Bakıda heyrətə gəlib

Məşhur rejissor Bakıda heyrətə gəlib
908 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur gürcü teatr rejissoru, bir sıra beynəlxalq mükafatlar laureatı, SSRİ xalq artisti Robert Sturua Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Axşam.az xəbər verir ki, teatrın bir qədər əvvəl təmirdən çıxmış binasıyla, rejissor və aktyorlara yaradılmış şəraitlə tanış olan sənətçi heyrətini gizlədə bilməyib.

“Bu cür müasir bina, yaradıcı heyət üçün yaradılmış super şərait Azərbaycan dövlətinin teatra, sənətə, ümumilikdə mədəniyyətə olan qayğı və diqqətinin bariz nümunəsidir. Mən nəinki postsovet məkanında, hətta Avropanın bir sıra qabaqcıl ölkələrində belə bir mənzərəylə qarşılaşmamışam” deyə Robert Sturua Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə görüşü zamanı bildirib. Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Sturua ilə Musiqili Teatr arasında gələcək əməkdaşlıqla bağlı ilkin razılaşma əldə olunub.