Parisdə “Bakı 2015” I Avropa Oyunlarının təqdimatı keçiriləcək

Parisdə “Bakı 2015” I Avropa Oyunlarının təqdimatı keçiriləcək
667 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı 2015” I Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.
 
Axşam.az-ın APA-ya istinadən veriyi məlumata görə, tədbir çərçivəsində qonaqlar “Baku 2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar.
 
“Biz birlikdə” adlanan sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film təqdim olunacaq.
 
Tədbirdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımları musiqi nömrələri ifa edəcəklər. Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.
 
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul şəhərlərində “Bakı 2015” I Avropa Oyunlarının təqdimatı keçirilib. İlk Avropa Oyunları 2015-ci il iyunun 12-dən 18-dək keçiriləcək. Yarışlarda 20 idman növü üzrə 49 ölkədən 6000-dən çox idmançı mübarizə aparacaq.