Dilarə Əliyeva: "Hələ bu harasıdır, qutuya ilan da qoyacağıq"

Dilarə Əliyeva: "Hələ bu harasıdır, qutuya ilan da qoyacağıq"
1535 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən qonaqlarıma qarşı əvvəlcədən sığortalanmışam”.

Bu sözləri Axşam.az-ın əməkdaşı ilə söhbətində ATV kanalında yayımlanan “Səs verməyin!” verilişinin aparıcısı, əməkdar artist Dilarə Əliyeva deyib. O, fərqli ideyalarını bizimlə bölüşüb:

“Veriliş başlayandan böyük maraqla qarşılandı. Qonaqlarımız arasında imtina edən, gəlməyən olmayıb. Hamı da razı gedib. Biz qonaq seçərkən onun layihəmizə uyğun olmasına diqqət edirik. Tamaşaçıların marağını çəkən isə bizim “Səs verməyin” ifadəmizdir. Orijinallığımız budur. Səsin gəlməsi isə qonaqlarımızı qıcıqlandırır. Amma buradan gələcək qonaqlarımıza demək istəyirəm ki, hələ bu harasıdır. Gələn verilişdə o qutuya ilan da qoyacağıq. Hansı məşhur qonaq olsa, səs toplasa, onun da başına ilan düşəcək. Mən qonaqlarıma qarşı əvvəlcədən sığortalanmışam. Veriliş üçün elə bir anons çəkdim ki… Özüm anonsda ən pis obraza girdim. İndi kimsə narazılıq edəndə anonsu göstərirəm ki, mən özüm də bu hala düşmüşəm”.

Qeyd edək ki, “Səs verməyin” verilişi həftənin cümə axşamı saat 22:30-da yayımlanır.