“Mən serial aktyoru deyiləm” - Fuad Poladov

“Mən serial aktyoru deyiləm” - Fuad Poladov
1065 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əgər deyilənlər doğru olarsa, yeni ildən çəkiliş meydanlarında olacam”.

Axşam.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Fuad Poladov deyib. O bildirib ki, yeni bir filmin ssenarisinə dəvət alıb:

“Bədii filmdir, inşallah, güman edirəm ki, bekarçılığa son qoyacağıq”.

Fuad Poladov vurğulayıb ki, hazırda teatrda bir-iki rolu var, onu oynayır.

Xalq artisti Azərbaycan serialları ilə bağlı da fikrini açıqlayıb:

“Mən nə seriala baxıram, nə də çəkilirəm. Mən serial aktyoru deyiləm”.