"Daha dörd uşaq istəyirəm" - Nikol Kidman

"Daha dörd uşaq istəyirəm" - Nikol Kidman
994 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyalı kinoaktrisa Nikol Kidman ailəsində daha dörd uşaq görmək arzusundadır.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, aktrisanın anası onun bu arzusuna qarşı çıxıb.

Nikol "Anam məni dəstəkləməsə də, mən hələ də uşaq istəyirəm, bu hələ mümkündür" deyib.

Qeyd edək ki, 47 yaşlı Nikol Kidmanın aktyor Tom Kruzla evliliyindən İzabel adlı qızı, Konnor adlı oğlu, 8 ildir evli olduğu musiqiçi Keyt Urbandan isə Sandey və Feys adlı qızları var.