Bu fotolarına görə işdən qovuldu

Bu fotolarına görə işdən qovuldu
9855 dəfə oxunub
  • A-
  • A
  • A+
"Türk Hava Yolları"nda 2009-cu ildən etibarən çalışan styuerdessa fotomodellik etdiyi üçün işindən qovulub.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, THY-dəki işiylə yanaşı model kimi də çalışan Z.Ş növbəti dəfə fotokameralar qarşısına keçdikdən sonra rəhbərliyin diqqətini çəkib.

İtaliyanın "Linerva" jurnalının üz qabığına çıxan model styuerdassa kimi işini davam etdirməkdən məhrum olub.

Qeyd edək ki, "Türk Hava Yolları" bir müddət əvvəl işçilərinə sosial mediadakı davranışlarına diqqət etmələri və uyğun olmayan paylaşımlarına görə sorğu-sual ediləcəkləri barədə xəbərdarlıq etmişdi.