Futbolçunun xanımı hamilədir

Futbolçunun xanımı hamilədir
1823 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau bir aylıq hamilədir.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, hazırda “Polis Akademiyası Alaturka” filmində çəkilən futbolçunun xanımı uşağı olacağını eşidən kimi, bu xəbəri ilk olaraq Sneyderlə bölüşüb.

Futbolçu ilə 2010-cu ildə ailə quran Yolante daha əvvəl italyan qəzetlərindən birinə açıqlamasında “Hər an hamilə qala bilərəm. Artıq özümü buna hazır hiss edirəm. Uşağımın Türkiyədə dünyaya gəlməsini istəyirəm” açıqlamasını vermişdi.

Qeyd edək ki, Uesli Sneyderin ilk evliliyindən Cessi adlı bir oğlu var.