Məşhurlar Eminin təqdimat mərasimində - fotolar

Məşhurlar Eminin təqdimat mərasimində - fotolar
4095 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Emin “Naçistatu” (“Sözün düzü”) adlı albomuna təqdimat mərasimi keçirib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, gecədə Yuli Qusman, Viktoriya Lopıreva, Slava, Valeriya, Keti Topuriya və başqa tanınmışlar iştirak ediblər. İfaçının rəhbərlik etdiyi “Riose bar”da baş tutan mərasimdə Emin albomunda yer alan mahnılarını canlı səsləndirib. Müğənni, eyni zamanda rusiyalı həmkarı Keti Topuriya ilə birlikdə “Naçistotu” mahnısına çəkdirdiyi klipinin ikinci hissəsini də təqdim edib. O, sözügedən ekran işinin onun yaradıcılığında ən romantik klip olduğunu vurğulayıb.

Gecəyə qatılanlar arasında bəstənin müəllifi İqor Nikolayev də yer alıb. O, Eminin işini bəyəndiyini deyib:

“Layiqli, gözəl və maraqlı klip alınıb. Burada tamaşaçı ilə dinləyici arasında hər şey açıq-aşkar baş verir”.