Kıvanç Tatlıtuğ bundan sonra ABŞ-da yaşayacaq - gözlənilməz qərar

Kıvanç Tatlıtuğ bundan sonra ABŞ-da yaşayacaq - gözlənilməz qərar
2176 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ çəkildiyi “Kurt Seyit ve Şura” serialının bitməsindən sonra şəxsi həyatı və karyerası ilə bağlı mühüm bir qərar qəbul edib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, K.Tatlıtuğ bu yaxınlarda ABŞ-a köçərək Los-Ancelesdə yeni bir həyata başlayacaq. Kıvanç, eyni zamanda Hollivudda aktyorluq təhsili almaq istəyir. O yalnız müqavilə imzaladığı şirkətlərin reklamlarında çəkilmək üçün Türkiyəyə gələcək. K.Tatlıtuğun belə bir qərara gəlməsinə bu yay Amerikada uzun müddət tətil etməsi və orada “Oskar”lı aktyor Rassl Krou ilə tanış olması səbəb göstərilir.

Qeyd edək ki, bu yaxınlarda aktrisa Sinəm Kobaldan ayrılan İbrahim Çelikkol da Amerikaya köçmək qərarına gəlib.