“Mən də oğluma, qardaşıma müğənni almazdım” - əməkdar artist

 “Mən də oğluma, qardaşıma müğənni almazdım” - əməkdar artist
1808 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Zöhrə Abdullayeva xanəndə Elnarə Abdullayevaya dəstək olub.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi heç vaxt oğluna müğənni qız almayacağını deyib:

“Qızlara deyirəm ki, musiqiçiyə ərə gedin, yaxşı ailə saxlayırlar. Amma mən də oğluma, qardaşıma müğənni almazdım. Elnarə düz dedi. Evə bivaxt gəlirik, onun-bunun qarşısında oxuyuruq, biri sərxoş olur, ağzından iy gəlir. Müğənnilər möhlətçi olur. Bir sülalə saxlayırlar. Amma işi də, adı da ağırdır. Gecə saat 3-4-də küçədə bir it-pişikdir, bir də musiqiçilərdir, toydan gəlirlər. Biz çətinliklə pul qazanırıq. Bir vaxtlar ancaq “palatka” toyları olurdu. Qışda soyuqdan, yayda istidən əziyyət çəkirdik. Boğça ilə pul qazanırdıq, amma çıxıb efirdə “mənəm-mənəm” söyləmirdik. İndikilər maşını, evi - hər şeyi efirdə deyirlər. Hamısını da kreditlə alırlar”.