Leyla Əliyeva ən gözəl xanımlar siyahısında – fotolar

Leyla Əliyeva ən gözəl xanımlar siyahısında – fotolar
7256 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya mətbuatı orada yaşayan xalqların ən gözəl xanımının siyahısını tərtib edib.

Axşam.az-ın məlumatına görə, 304-ə qədər xalqın məskunlaşdığı ölkədə dünyanın müxtəlif yerlərindən xanımlar çalışır, yaşayırlar.

Yüz mindən çox insanın iştirak etdiyi sorğuda 42 gözəlin adı yer alıb.

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da siyahıya daxil olub.

Siyahıda yer alan gözəllərdən bəzilərini təqdim edirik:

Rusiyada yaşayan ən gözəl azərbaycanlı xanım “Baku” dərgisinin baş redaktoru, prezidentin böyük qızı Leyla Əliyeva seçilib.

Siyahının bu yerində darqin müğənni Marina Mustafayeva yer alıb.

Ən gözəl qazax aktirsa Bibiqul Suyunşalina olub.



Mordvin Olqa Kaniskina da gözəllər siyahısındadır. Olqa 2008-ci ildə olimpiya, 2010-cu ildə isə Avropa çempionu olub.

Gimnast Svetlana Horkina ən gözəl mordvin-mokşanka seçilib.

Avarlar arasında ən gözəl xanım müğənni, “VİA Qra” qrupunun keçmiş solisti Meseda Baqaudinova olub.

Rusiyada yaşayan çeçenlər arasında ən gözəl xanım aparıcı Amina Hakişeva seçilib.

Səsvermə zamanı ən gözəl başqırd idmançı Lyaysan Utyaşeva olub.

Rusiyanın ən gözəl ukraynalısı fiqurist Tatyana Navka təyin edilib.

Müğənni Alsu isə ən gözəl tatar xanımı seçilib.

Aktrisa İrina Alferova ən gözəl rusiyalı seçilib.