Bollivud ulduzu kafirliyə görə 26 il həbs yaşayacaq

Bollivud ulduzu kafirliyə görə 26 il həbs yaşayacaq
2975 dəfə oxunub
  • A-
  • A
  • A+
30 yaşlı pakistanlı aktrisa Vina Malik mayda “Geo TV”də canlı efirdə etdiklərinə görə məhkəmənin amansız hökmü ilə üz-üzədir.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Vina və həyat yoldaşı Əsəd Bəşir Xan canlı yayımda zarafatyana evlilik təşkil ediblər. Bu zaman aktrisa mərasimə soundtrek kimi Həzrəti Məhəmmədin qızının toyu haqqında olan dini mahnını seçib. Lakin Bollivud ulduzunun bu addımı ona baha başa gəlib.

Belə ki, Pakistan məhkəməsinin qərarına əsasən, Vina Malik kafirlik etdiyinə görə 26 il azadlıqdan məhrum olunacaq. Aktrisa “Gulf News” informasiya agentliyinə müsahibəsində bu qərarla bağlı belə deyib: “Ola bilməz. Axı bu, bütün həyatımın məhv olması deməkdir. Ədalətə inanıram. Məhkəmənin bu qərarından şikayət etməyə hazırlaşıram”.