Klip müğənninin ailəsinə dava saldı

Klip müğənninin ailəsinə dava saldı
1615 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əlikram Bayramov ailəsində problem yaşandığını etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan sənətçi ekran işinə çəkdiyi rəqqasəyə görə həyat yoldaşının ondan incidiyini bildirib:

“Qəbələdə klip çəkdirirdim. Ekran işində rəqqasə yer almışdı. Rejissor sevgili obrazı yaratmağımızı istədi. Bir az səmimi olduq: qar topu oynadıq, qol-qola gəzdik. Az qala, ailəm dağılırdı. Xanımla o cür səmimi görüntülər mənim yox, rejissorun günahıdır (gülür). Qızı o seçmişdi”.